Notice: Undefined index: HTTP_ACCEPT_ENCODING in /home/bakucity/public_html/unknown/framework/system/start/Start.php on line 169
bakucityhospital.az 

Laparoskopik cərrahiyə

Laparoskopik cərrahiyə son iyirmi ildə çox sürətlə inkişaf edən ümumi cərrahiyənin ən aktual sahələrindən biridir. Bugün laparoskopik cərrahiyə sayəsində qarın boşluğunda çox kiçik dəlik və ya dəliklər açmaqla iri həcmli əməliyyatlar etmək mümkündür. Bu videoendoskopik cərrahiyənin ən aktual meyarlarından biridir. 

Laparoskopik cərrahiyə göbək nahiyyəsindən və ya apardığımız əməliyyata uyğun olaraq digər nahiyyələrdən bir santimetrlik kəsiklə video endoskopla qarın nahiyyəsinə keçərək icra olunur. Əməliyyatların aparılması daha az zərərverici, daha kiçik kəsiklərlə həyata keçirilir. Digər kəsiklə aparılan əməliyyatlara nisbətən xəstə daha qısa müddətdə sağalır və normal həyatına qayıdır.

 


Hər bir cərrahi əməliyyatın icra olunması üçün onlara cərrahi göstərişlər lazımdır. Hər bir xəstəyə əməliyyatın ağırlıq dərəcəsindən asılı olaraq hansı növ əməliyyatın aparılmasının daha məqsədəuyğun olduğu məsləhət görülür. Bu məsləhətgörmə müddəti mütəşəkkil cərrahlar tərəfindən həyata keçirilməlidir.