Laparoskopik cərrahiyə son
iyirmi ildə çox sürətlə inkişaf edən ümumi cərrahiyənin ən aktual sahələrindən
biridir. Bugün laparoskopik cərrahiyə sayəsində qarın boşluğunda çox kiçik dəlik
və ya dəliklər açmaqla iri həcmli əməliyyatlar etmək mümkündür. Bu videoendoskopik
cərrahiyənin ən aktual meyarlarından biridir.
Laparoskopik cərrahiyə göbək nahiyyəsindən və ya
apardığımız əməliyyata uyğun olaraq digər nahiyyələrdən bir santimetrlik kəsiklə
video endoskopla qarın nahiyyəsinə keçərək icra olunur. Əməliyyatların
aparılması daha az zərərverici, daha kiçik kəsiklərlə həyata keçirilir. Digər kəsiklə
aparılan əməliyyatlara nisbətən xəstə daha qısa müddətdə sağalır və normal həyatına
qayıdır.
Hər bir cərrahi əməliyyatın icra olunması üçün
onlara cərrahi göstərişlər lazımdır. Hər bir xəstəyə əməliyyatın ağırlıq dərəcəsindən
asılı olaraq hansı növ əməliyyatın aparılmasının daha məqsədəuyğun olduğu məsləhət
görülür. Bu məsləhətgörmə müddəti mütəşəkkil cərrahlar tərəfindən həyata
keçirilməlidir.